QAYDALAR VƏ ŞƏRTLƏR

Bu Ümumi Qaydalar və Şərtlər (bundan sonra "ÜQŞ" adlandırılacaq) Sifariş Anketində qeyd edilən eKomi şəxsi ("eKomi") ilə Sifariş Anketində qeyd edilən Şirkət ("Şirkət") arasında qarşılıqlı hüquqi münasibətləri təyin edir.

eKomi şəxsi rəylər həlləri yaradır və həyata keçirir. Bu sistemi həyata keçirməklə Şirkət Son İstifadəçilərindən məhsul və xidmətləri ilə bağlı həqiqi müştəri rəyləri ala bilər ("eKomi Müştəri Rəy Sistemi").

Sifariş Anketini imzalamaqla Şirkət bu ÜQŞ-yə dair razılığını bildirir. Aşağıdakı bölmələr eKomi Müştəri Rəy Sisteminin Şirkətə təqdim olunmasını tənzimləyir.

1. Təriflər

1.1 “Sertifikat Səhifəsi” şirkətlə bağlı Reytinq və Rəylərin, Möhür və Şirkət məlumatlarının göstərildiyi xüsusi səhifədir.

1.2 “Müştəri Daxili Sistemə” loqin məlumatları ilə qorunan müştəri sahəsidir ki, burada Şirkət Reytinqlərə və Rəylərə baxa, Son İstifadəçi ilə dialoq başlada, gələn rəylərə şərh verə, hesab məlumatlarını dəyişdirə, e-mail şablonlarını tənzimləyə və Vidcet və Möhrün inteqrasiyası üçün kodları yükləyə bilər.

1.3 “eKomi Müştəri Rəy Sistemi” eKomi-nin sahibi olduğu texnologiya, proqram, alət, fayllar, bilik və proseslərdir.

1.4 “Sifariş Anketi” eKomi və Şirkət tərəfindən ÜQS-yə razılıq verilən əməliyyat müqaviləsidir.

1.5 “Rəy Qaydaları” Reytinq və Rəylərin müvafiq qanunları pozmadığına və eKomi-nin saytında mövcud olduğuna əmin olmaq məqsədli eKomi Rəy Qaydalarıdır.

1.6 “Reytinq və Rəylər” əməliyyat əsaslı ulduz reytinqləridir ki, bunlar Son İstifadəçi tərəfindən yazılır və eKomi Müştəri Rəylər Sistemi tərəfindən toplanır və dərc edilir.

1.7 “Möhür” aldığı Reytinq və Rəylərə əsasən Şirkətə verilən eKomi Möhrüdür. Reytinq 4.8-dən yuxarı olduqda qızıl, 4.4 və 4.7 arası olduqda gümüş, 4.0 və 4.3 arası olduqda bürünc, 4.0-dan aşağı və ya Reytinq və Rəylər 50-dən az olduqda ("Vidcet və Möhür Təltif Meyarları") Standart möhür verilir və bunlar eKomi Müştəri Daxili Sistemində mövcuddur.

1.8 “Son İstifadəçi” Reytinq və Rəy verəndir.

1.9 “Vidcet” Möhür və təsadüfi seçilmiş Reytinq və Rəylərin qarışığıdır ki, eKomi Müştəri Daxili Sistemində müxtəlif dizaynlarda mövcuddur.

2. Müqavilənin Qüvvəyə Minməsi

2.1. ÜQŞ ancaq hüquqi şəxslərə, hüquqi əməliyyatlara daxil olmaq hüququ qeyri-məhdud olan ticari aktiv şəxslərə, öz-özünə işləyən şəxslər və ya süni şəxslərə tətbiq olunur.

2.2. Şirkət Sifariş Anketini doldurmaqla eKomi Rəy Sistemini istidadə etmək üçün müraciət edir. Sifariş Anketini imzalamaqla Şirkət sözügedən fəaliyyət ticarət və ya müstəqil professional xarakter daşıyır. Müraciət prosesi zamanı tələb olunan məlumatlar (məcbur sahələr) həqiqəti əks etdirməlidir. ABŞ baş ofisinə müraciət poçt yolu ilə "eKomi Inc., 9107 Wilshire Blvd. | Suit 450, Beverli Hills, CA 90210" ünvanı vasitəsilə və ya e-mail "registration@ekomi-us.com" ünvanı vasitəsi ilə həyata keçirilə bilər. ÜQŞ ilə razılaşmaqla və müvafiq şəkildə imzalanmış anketi poçt və ya e-mail ilə göndərməklə Şirkət və eKomi arasında hüquqi müqavilə qüvvəyə minir. Şirkətin imzalama tarixi müqavilənin qüvvəyə minməsini təyin edir.

3. eKomi Tərəfindən Göstərilən Xidmətlər

3.1. eKomi ÜQŞ-ya əsasən müxtəlif xidmət səviyyələri olmaqla müxtəlif standart xidmət paketləri təqdim edir.

3.2. eKomi standart xidmət paketlərinin əhatə dairəsini dəyişdirmək, düzəliş etmək və dayandırmaq hüququna malikdir. Belə dəyişilik halında xidmətin əhatə dairəsi əksi qeyd edilməyibsə müqavilənin qüvvəyə minməsində razılaşdırıldığı kimi mövcud olmağa davam edir.

3.3. Göndərilmiş bütün eKomi müştəri rəyləri eKomi Müştəri Rəyləri İdarəetməsi komandası tərəfindən eKomi Rəy Qaydalarına uyğunluğuna görə yoxlanır və Şirkətin Sertifikat Səhifəsinə daxil edilir.

4. Çıxış, Lisenziya, Sahiblik Hüquqları

4.1. Çıxış Hüquqları. Sifariş Anketindən qeyd edilmiş müqavilənin qüvvədə olma müddəti ərzində eKomi Şirkətə Müştəri Daxili Sisteminə və eKomi Müştəri Rəy Sisteminə çıxış verir. eKomi Müştəri Rəylər Sistemi Şirkətin Son İstifadəçilərinin Reytinqlərinin və Rəylərinin toplanması, idarə edilməsi və göstərilməsinə imkan yaradır. Bu hüquqlar müqaviləyə eKomi tərəfindən adi və ya qeyri-adi xitam verilməsinin qüvvəyə minmə tarixində dayanır.

4.2. Şirkətin Lizensiyası. ÜQŞ-yə uyğun şəkildə və Sifariş Anketində göstərilən tarixlərdə Şirkət eKomi-yə yalnız və yalnız ÜQŞ-ya uyğun olmaqla xidmət göstərmək və istinad məqsədlərilə Şirkətin ad və loqosunun istifadə, kopyalanma, ictimai nümayiş, törəməsini yaratma və şəklini dəyişdirmək hüququnu limitli, eksklüziv olmayan, başqasına ötürülə bilməyən, alt lizensiya edilə bilməyən, ödənişsiz dünyəvi formada verir.

4.3. eKomi-nin Lisenziyası: ÜQŞ-yə uyğun şəkildə və Sifariş Anketində göstərilən tarixlərdə eKomi Şirkətə Vidcet və Möhür Mükafat kriteriyalarına əsasən verilən Vidcet və Möhüründən ÜQŞ-ya əməl etməklə istifadə hüququnu limitli, eksklüziv olmayan, başqasına ötürülə bilməyən, alt lizensiya edilə bilməyən formada verir. Vidcet və Möhür eKomi Müştəri Rəy Sisteminin hissələridir. eKomi tərəfindən müqaviləyə qeyri-adi xitam verilməsi zamanı xitamın qüvvəyə minməsi tarixində lisenziya ləğv edilir.

4.4. Sahiblik Hüququ. eKomi, eKomi Müştəri Rəylər Sistemində bütün hüquqlar, titullar və maraqların sahibidir və olmağa davam edəcək. 4.3-cü maddəyə əsasən eKomi-nin Şirkətə verilən Lisenziyanı çıxmaqla bu ÜQŞ-da heç bir şey Şirkətə eKomi-nin mülkiyyəti olan hər-hansı hüquq, titul və ya maraqların ötürülməsi kimi təfsir edilə bilməz. Əlavə olaraq eKomi Reytinq və Rəylərdən eksklüziv istifadə etmək və Reytinq və Rəyləri axtarış sistemi və sosial şəbələrdə paylaşmaq ixtirayına malikdir.

Müqavilə müddəti ərzində Şirkətə eKomi tərəfindən müqavilə müddəti ərzində toplanmış eKomi Möhür, Reytinq və Rəylərindən istifadə etmək icazəsi ləğv edilməyən formada aşağıdakı şərtlərlə verilir:

• Göstərilən reytinqlər biznes və ya şirkət bölməsinin reytinq statusunu eKomi Müştəri Rəy Sistemində göstərildiyi kimi və doğru tarixlə birlikdə qeyd edilməklə əks etdirilməlidir.

• Rəylərin sözləri dəyişdirilməməli və Şirkət rəyləri öz reytinq statusu haqqında yanlış təəssürat yaradacaq və/və ya müştəriləri yanlış hərəkətə yönləndirəcək formada təqdim edə bilməz.

• eKomi Möhrü yalnız eKomi tərəfindən yazılı razılıq verildikdən sonra reklam məqsədilə istifadə edilə bilər. Möhür tarix göstəricisi (məs. 10/09/14) ilə birlikdə göstərilməlidir və Şirkət Möhürdən öz reytinq statusu haqqında yanlış təəssürat yaradacaq və/və ya müştəriləri yanlış hərəkətə yönləndirəcək formada istifadə edə bilməz.

5. Şirkətin Vəzifələri

5.1. Əgər Şirkət tərəfindən müraciət prosesində təqdim edilmiş əlaqə və biznes məlumatlarında dəyişiklik varsa Şirkət dərhal yazılı formada dəyişikliklər haqqında eKomi-yə bildirməlidir.

5.2. Şirkət eKomi Müştəri Rəy Sistemini Vidcet və Möhürlər də daxil olmaqla aldadıcı formada istifadə edə bilməz, reytinq çıxarışı və göstərilmiş reytinq cari eKomi reytinq statusunu əks etdirməlidir. Şirkət özü rəy yaza bilməz və üçüncü şəxslərə yazdıra bilməz. Şirkət neqativ və neytral təssüratların eKomi Müştəri Rəy Sisteminə gəlməsinə mane olmaq istiqamətində tədbir görməməlidir. Əlavə olaraq, Şirkət əldə edilən müştəri rəylərini heç bir yolla dəyişdirməmək və saxtalaşdırmamağa borcludur. Şirkət bütün Son İstifadəçilərə və ya aydın təyin edilmiş Son İstifadəçiləri qrupuna əməliyyat əsaslı rəylərin toplanmasına imkan verməyə məcburdur. Əgər Son İstifadəçilərinin ancaq bir qrupu Reytinq və Rəy verməyə dəvət olunubsa bu seçim kriteriyası Sertifikat Səhifəsində açıq şəkildə göstərilməlidir.

5.3. Şirkət eKomi Müştəri Rəy Sistemini istifadəyə yararsız hala salmaq, manipulyasiya etmək və istifadəsini ləngitməyə yönəlmiş hərəkətlərdən çəkinməlidir.

5.4. Şirkət eKomi Müştəri Rəy Sisteminin fəaliyyət uğursuzluqlarını dərhal eKomi-yə bildirməlidir. Əgər eKomi Müştəri Rəy Sisteminin fəaliyyət uğursuzluğu Şirkətin məsuliyyətinə daxildirsə və eKomi Müştəri Rəy Sisteminin yenidən həyata keçirilməsi tələb olunursa, haqqlar cədvəlinə əsasən yenidən həyata keçirilməsi haqqı tələb olunacaq.

5.5. Şirkət eKomi çıxış məlumatlarını (istifadəçi adı, hesab şifrəsi və interfeys şifrəsi) üçüncü şəxslər tərəfindən icazəsiz istifadəsinə qarşı qorumalı və belə məlumatların məxfiliyini təmin etməlidir. Əgər sui-istifadə halına əsaslı şübhə varsa Şirkət dərhal eKomi-yə yazılı şəkildə məlumat verməlidir.

5.6. eKomi Müştəri Rəy Sisteminin inteqrasiya edildiyi saytlarda Şirkətin beynəlxalq, federal, ştat və yerli qanunları pozan məzmunu yükləməyə açıq etmək, təklif etmək və yaymaq hüququ yoxdur. Bu xüsusilə ayrıseçkilik, irqçilik, incidici və ya pornoqrafik məzmuna aiddir.

5.7. Şirkət müvafiq məlumat mühafizə qanunlarına əməl etməyə görə Şirkət məsuliyyət daşıyır. Ancaq, yalnız şirkət məsuliyyət daşıyır

i. Son İstifadəçilərə yaxınlaşmaq və Reytinq və Rəy verməyin mümkünlüyü haqqında məlumat vermək formasına görə; ii. məhsul və/və ya xidmətlərin reklamının (və onun formasının) qanunlara tabe olmasını qiymətləndirməyə görə, bu xüsusilə rəqabət və reklam qanunlarına aiddir; iii. rəqabət, məlumat mühafizəsi və digər qanunların tələblərini qiymətləndirməyə və Son İstifadəçidən lazımi razılıq almağa görə.

EKOMI YUXARIDA GÖSTƏRİLƏN VƏZİFƏLƏRƏ ƏMƏL EDİLMƏMƏSİNDƏN YARANAN HEÇ BİR ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.

5.8. Prinsip etibarilə eKomi Son İstifadəçi tərəfindən verilmiş Reytinq və Rəyləri silmir və ya dəyişdirmir

i. buraya Rəy Qaydalarını pozan rəy mətni daxil deyil, bu halda müvafiq mətnə senzura tətbiq ediləcək, ulduz reytinqi isə görünəcək, ii. Məhkəmə və ya digər səlahiyyətli qurumun qərarı nəticəsində Reytinq və Rəyləri silmək və ya dəyişdirməyə məcburdur, iii. eKomi Müştəri Rəy Sisteminin sui-istifadəsinin qarşısını almaq, və ya iv. eKomi-nin öz Müştəri Rəy Sisteminə müdaxiləsini tələb edən hallarda.

Saxtakarlıq aşkar edildikcə eKomi-nin müvafiq Reytinq və Rəyləri silmək ixtiyarı var.

6. Düzgün Olmayan İstifadənin Nəticələri

6.1. eKomi-nin Şirkətin 4 və 5 bölmələrində təsvir edilən vəzifələri pozmasına şübhə etməyə əsası varsa eKomi-nin Şirkətin saytlarında Sertifikat Səhifəsinin göstərilməsinin qarşısını almaq üçün dərhal eKomi Müştəri Rəy Sisteminə çıxışı qismən və ya tamamilə bloklamaq və 8.2-ci maddədə göstərildiyi kimi müqaviləni bildiriş etmədən ləğv etmək hüququ var. Bu eKomi-nin dəymiş zərərə və müqavilənin qüvvəyə mindiyi müddətdə malik olduğu digər hüquqlara iddia etməsinə təsir etmir.

6.2. Şirkət 4 və 5-ci bölmələrdə təsvir olunmuş pozuntulara və eKomi Müştəri Rəy Sisteminin hərhansı formada sui-istifadəsinə görə eKomi və onun filiallarına dəymiş zərərə görə məsuliyyət daşıyır.

7. Konfidensiallıq

7.1.Hər iki tərəf Konfidensial Məlumatların konfidensiallığını bu sənəddə əksi göstərilmədiyi halldara ciddi şəkildə qorumalı və əvvəlcədən digər tərəfin yazılı razılığı olmadıqda digər tərəfin Konfidensial Məlumatlarını açıqlamamalıdır. "Konfidensial Məlumat" bunlardır

i. eKomi Müştəri Rəy Sisteminin açıq elan edilməsi və ya istifadəsi ilə əlaqədar bütün proqram, texnologiya, bilik və sənədlər və ya ii. açıqlama edən tərəfdən qəbul edən tərəfə göndərilən konfidensial kimi qeyd edilmiş və ya göndərildiyi şərtlərə əsasən konfidensial adlandırıla bilinəcək məlumatlar. Konfidensial məlumata daxil deyil i. qəbul edən tərəfə açıqlayan tərəf göndərməzdən əvvəl və ya eKomi Müştəri Rəy Sistemi vasitəsilə məlum olan; ii. ictimailəşməsində qəbul edən tərəfin günahı olmayan; iii. qəbul edən tərəfindən müstəqil olaraq artıq təkmilləşdirilmiş; iv. qəbul edən tərəfə qanuni yolla üçüncü şəxs tərəfindən verilmiş; v. qəbul edəndən tərəfdən qanunun açıqlamasını tələb etdiyi, bu halda qəbul edən açıqlayan tərəfə açıqlamazdan əvvəl bu tələb haqqında yazılı bildiriş göndərməlidir ki, açıqlayan tərəf qoruyucu əmr və ya digər azaltma barədə tədbir görə bilsin.

7.2. Hər iki tərəf belə Konfidensial Məlumatın konfidensiallığını qorumaq üçün lazımi qoruyucu tədbirlər görməyə razılaşır; bu tədbirlər ən azı özünün Konfidensial Məlumatını qorumaq üçün gördüyü tədbirlər qədər məhdudlaşdırıcı olmalıdır. Hər iki tərəf Konfidensial Məlumatı ancaq bu barədə bilməli olan işçilərinə əvvəlcədən bu sənədin qaydalarına uyğun olaraq yazılı konfidensiallıq müqaviləsi imzalamaqla açıqlaya bilər.

7.3. eKomi-yə göndərilmiş məlumatlar eksklüziv olaraq hər müqavilə münasibəti üçün və bununla əlaqədar saxtakarlığın qarşısının alınması, saxlama, şifrələmə və məlumat istifadəsi kimi məqsədlərlə istifadə olunacaq. eKomi bəyan edir və zəmanət verir ki Şəxsi Məlumatların toplanması, çıxışı, istifadəsi, saxlanması, silinməsi və açıqlanması ABŞ Məlumat məxfilik qanunlarına əməl edir və edəcək.

8. Müqavilə Müddəti və Ləğvi

8.1. Müqavilə Şirkət Sifariş Anketini imzalayıb eKomi-yə göndərdikdə və bununla da ÜQŞ-la razılaşdıqdıqdan etibarən qüvvəyə minmiş olur. Sifariş Anketindəki imzanın tarixi müqavilənin qüvvəyə minmə tarixini təyin edir. Müqavilə müddəti və ödəniş etmə öhdəçiliyi texniki olaraq həyata keçirilməsindən sona çatması ilə (beləcə Şirkətin Son İstifadəçilərinə Reytinq və Rəy vermək imkanı verilir) və ya Şirkətin sifariş etdiyi xidmətlər üçün ən azı 4 həftə sonra başlayır. Şirkət eKomi-yə sifariş edilmiş xidmətlərin cəld və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaratmalı, əlaqə üçün şəxsi, tarixləri və texniki işlərin həyata keçirilməsi ilə bağlı digər məlumatları təqdim etməlidir. Əgər müqavilənin başlanmasından 4 həftə ərzində eKomi-dən asılı olmayan səbəblərdən həyata keçirilməsi baş tutmadığı halda ödəniş etmə öhdəçiliyi müqavilənin başlanmasından 4 həftə sonra başlayır. Əgər Şirkət həyata keçirilmə müddətini başlama tarixindən fərqli tarixlərdə həyata keçirmək istəyirsə, bu Sifariş Anketində yazılı şəkildə aydın göstərilməlidir. Bu halda ödəniş etmə öhdəçiliyi texniki işlərin həyata keçirilməsi sona çatması ilə (beləcə Şirkətin Son İstifadəçilərinə Reytinq və Rəy vermək imkanı verilir) və ya göstərilmiş həyata keçirilmə müddətinin başlanmasından ən azı 4 həftə sonra başlayır.

8.2. Ödənişli eKomi xidmətləri üçün minimum müqavilə müddəti 12 aydır. Müqavilə müqavilənin başa çatmasından ən azı 30 gün əvvələ qədər yazılı müraciət etməklə ləğv oluna bilər. Əgər bu müddətdə müqavilə ləğv edilməzsə müqavilə müddəti növbəti 12 aya qədər artırılır. Ləğv bildirişi ABŞ baş ofisinə poçt yolu ilə "eKomi MMC, 9107 Vilşayr Bulvarı | Suit 450, Beverli Hills, Kaliforniya 90210" ünvanına və ya email yolu ilə "cancellation@ekomi-us.com" ünvanına göndərilməlidir. Hərhansı səbəbdən müqaviləni qeyri-adi ləğv etmək hüququ dəyişilməz olaraq qalır. Bu səbəblərdən yalnız bir neçəsi kimi xüsusilə Şirkət 4 və 5-ci bölmələrdə göstərilmiş vəzifələrini pozduğu halda və ya ən azı iki aylıq ödəniş borcu olduğu halda. eKomi tərəfindən qeyri-adi ləğv həyata keçirildikdə müqavilənin sonuna qədər hərhansı müddət üçün gözləmədə olan faktura məbləği dərhal tam məbləğdə son tarixi çatmış hesab olunacaq.

9. Qiymətlər, Faktura və Ödəniş Şərtləri

9.1. Şirkət fakturalandırılan ilin başlanğıcında Şirkət və eKomi arasındakı müqaviləyə əsasən sifariş edilmiş eKomi xidmətlərinin yazılı razılaşdırılmış əhatə dairəsinə əsasən istifadə haqqını ödəyir. İstifadə haqqların ödənilməsi fakturada göstərilmiş razılaşdırılmış son tarixdə və ya bu tarixdən əvvəl həyata keçirilməlidir. eKomi-nin günahı olmayan bütün proqram modifikasiyaları, yenidən həyata keçirilməsi, Şirkətin nizamlanması və ya dəyişdirilməsi Şirkət tərəfindən eKomi-nin haqqlar cədvəlinə uyğun ödənilməlidir. Razılaşdırılmış köçürmə limiti aşıldıqda Şirkət həcm əsaslı Şirkət və eKomi arasındakı müqaviləyə əsasən sifariş edilmiş eKomi xidmətlərinin yazılı razılaşdırılmış əhatə dairəsinə əsasən haqq ödəyəcək və bu məbləğ növbəti ay ayrıca fakturalandırılacaq. Bu həmçinin əvvəlcədən illik ödəniş etmək razılığı olan şirkətlərə də şamil edilir. Aylıq istifadənin məbləği və köçürmə həcminin ancaq Şirkət və eKomi arasındakı müqaviləyə əsasən sifariş edilmiş aylıq eKomi ödəniş xidmətlərinin yazılı razılaşdırılmış əhatə dairəsində qeyd edilmiş aylıq sifariş məbləğinə əsasən təyin olunur.

9.2. Müqavilənin başlamasından etibarən Şirkət eKomi-yə vaxtı çatmış ödənişləri bank hesabından əksi göstərilməyibsə debet kartından (məs. kredit kartı) çıxmaq hüququnu qaytarılmaz olaraq verir. Hesabda kifayət qədər məbləğin olmaması səbəbindən eKomi vaxtı çatmış ödənişi qəbul edə bilmədikdə eKomi-nin əməliyyat və bank xərclərini qarşılamaq məqsədilə haqqlar cədvəlinə əsasən haqq tələb etmək hüququ var. Ödənişlərdə gecikmə zamanı eKomi-nin həmçinin haqqlar cədvəlinə əsasən haqq tələb etmək hüququ var.

9.3. Kredit riskini azaltmaq üçün eKomi-nin ödəniş metodları seçimini azaltmaq hüququ var.

9.4. Quraşdırılma haqqı fakturası fakturada göstərilmiş ödəniş şərtlərinə əsasən fakturanın qəbul edildiyi tarixdən ən qısa müddət ərzində ödənilməlidir. Bu həmçinin yazılı formada əksi razılaşdırılmayıbsa aylıq istifadə haqqına da aid edilir. Yalnız ödənişin qəbul edildiyi tarix vacibdir. 9.1-də qeyd edildiyi kimi əvvəlcədən razılaşdırılmış illik ödənişlər zamanı isə fakturadakı şərtlərə əsasən illik ödəniş fakturanın qəbul edilməsi tarixində ən qısa müddətdə ödənilməlidir. Bu həmçinin həcm əsaslı haqqlara və 9.1.-də təsvir edilən digər iddia edilmiş haqqlara da tətbiq edilir.

9.5. eKomi açıq şəkildə Şirkətin ödəniş etməməsinə görə Şirkətin reytinq profilini ləğv etmək və xidməti dayandırmaq hüququnu özündəsaxlayır.

9.6. eKomi tərəfindən qeyri-adi ləğv etmə zamanı Şirkət eKomi xidmətlərindən istifadə etmək hüququnu dərhal itirəcək.

10. Zəmanət, Öhdəçilik və Kompensasiya

10.1. Zəmanət. eKomi eKomi Müştəri Rəy Sisteminin və/və ya əlaqədar məhsul və xidmətlərin eKomi-nin intellektual mülkiyyəti olmasına və heç bir üçüncü şəxsin hüquqlarını pozmamasına zəmanət verir.

10.2. ZƏMANƏT İMTİNASI. ÜQŞ-DƏ EKOMI TƏRƏFİNDƏN AÇIQ ŞƏKİLDƏ VERİLMİŞ ZƏMANƏTLƏR İSTİSNA EDİLMƏKLƏ İFADƏ EDİLMİŞ, NƏZƏRDƏ TUTULMUŞ, NORMATİV VƏ ƏKSİNƏ OLMASINDAN ASILI OLMAYARAQ, XÜSUSİ İSTİFADƏ MƏQSƏDİLƏ MƏHSULLAŞDIRILA BİLƏN VƏ TƏTBİQ EDİLƏ BİLƏN OLMASININ LİMİTSİZ ZƏMANƏTLƏRİ DƏ DAXİL OLMAQLA HEÇ BİR ZƏMANƏT VERMİR. EKOMI MÜŞTƏRİ RƏY SİSTEMİ EKOMI TƏFƏFİNDƏN "OLDUĞU KİMİ" TƏKLİK EDİLİR. EKOMI, EKOMI MÜŞTƏRİ RƏY SİSTEMİNİN DAİM MÖVCUD OLACAĞINA VƏ BAŞ VERƏ BİLƏCƏK XƏTALARA QARŞI ZƏMANƏT VERMİR. ÇIXIŞ VƏ ÖTÜRMƏLƏR ZAMANI EKOMI-NİN İDARƏSİNDƏ OLMAYAN TEXNİKİ ŞƏRTLƏR UCBATINDAN KƏSİNTİ VƏ GECİKMƏLƏR BAŞ VERƏ BİLƏR.

10.3 Öhdəçilik. eKomi məqsədli şəkildə və ya səhlənkarlıq səbəbindən özü və ya işçilərinin yetirdiyi zərərə görə öhdəlik daşıyır.

10.4. ÖHDƏÇİLİYİN İSTİSNASI. HEÇ ZAMAN TƏRƏFLƏRDƏN HEÇ BİRİ DİGƏRİNƏ QARŞI ÜQŞ-NİN HƏYATA KEÇİRİLMƏSİNDƏN YARANAN İTİRİLMİŞ MƏLUMAT VƏ YA İTİRİLMİŞ GƏLİRLƏR DƏ DAXİL OLMAQLA ƏHƏMİYYƏTLİ, GÖZLƏNİLMƏZ, XÜSUSİ, DOLAYI, TƏSADÜFİ VƏ CƏZA MƏQSƏDLİ ZƏRƏRLƏRƏ GÖRƏ MƏSULİYYƏT ÖHDƏLİK DAŞIMIR. MÜQAVİLƏDƏ RAZILAŞDIRILMIŞ XİDMƏT ƏHATƏ DAİRƏSİNƏ DAXİL OLMAYAN EKOMİ TƏRƏFİNDƏN VERİLMİŞ TEXNİKİ MƏLUMATLAR VƏ YA MƏSLƏHƏT XİDMƏTLƏRİ VERİLMƏSİ ÖDƏNİŞSİZ HƏYATA KEÇİRİLİR VƏ ÖHDƏÇİLİKDƏN AZADDIR. EKOMI HƏYATA KEÇİRİLMƏ PROSESİNDƏN SONRA SATIŞLARIN AZALMASI VƏ NEQATİV REYTİNQ VƏ RƏYLƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. EKOMI MÜŞTƏRİ RƏY SİSTEMİNİN QURAŞDIRILMASI VƏ OXŞAR SƏBƏBLƏRDƏN YARANAN PROQRAM XƏTALARI, SERVER ÇÖKMƏSİ VƏ BUNLARIN NƏTİCƏLƏRİ DƏ ÖHDƏÇİLİYƏ DAXİL DEYİL. EKOMI ÜÇÜNCÜ ŞƏXSLƏRİN XİDMƏT VƏ MƏHSUL FUNKSİONALLIĞINA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.

10.5. ÖHDƏÇİLİYİN MƏHDUDİYYƏTİ. HEÇ ZAMAN VƏ HEÇ BİR HALDA EKOMI-NİN CƏMİ ÖHDƏÇİLİKLƏRİNİN MƏCMUSU (ƏGƏR VARSA KOMPENSASİYA XƏRCİ DAXİL OLMAQLA) ŞİRKƏT TƏRƏFİNDƏN ÜQŞ-DƏ GÖSTƏRİLƏN XİDMƏTLƏRİN İCRASI ÜÇÜN ÖDƏNİLMİŞ VƏ ÖDƏNİLMƏLİ (İKİSİNİN CƏMİ) MƏBLƏĞİN YEKİN MƏBLƏĞDƏN ARTIQ OLA BİLMƏZ.

10.6. Şirkət tərəfindən kompensasiya. Şirkət Şirkət tərəfindən ÜQŞ-ya əməl olunmaması və ya əlaqədar səbəbdən eKomi-yə qarşı üçüncü şəxslər tərəfindən hər-hansı bir qanuni hərəkət, məhkəmə işi, iddia və ya tədbirlərin həyata keçirilməsi, müraciət edilməsi və ya təhdid edilməsi səbəbindən yaranan bütün zərər, öhdəlik, haqq və xərcləri (əsaslı vəkil haqqları daxil olmaqla) kompensasiya edəcəyinə, müdafiə edəcəyini və eKomi-ni qoruyacağına razılıq verir.

10.7. Şirkət tərəfindən kompensasiya. eKomi bu 10-cu bölmədə göstərilən təqdimat və zəmanətlərin pozulması və ya əlaqədar səbəbdən Şirkətə qarşı üçüncü şəxslər tərəfindən hər-hansı bir qanuni hərəkət, məhkəmə işi, iddia və ya tədbirlərin həyata keçirilməsi, müraciət edilməsi və ya təhdid edilməsi səbəbindən yaranan bütün zərər, öhdəlik, haqq və xərcləri (əsaslı vəkil haqqları daxil olmaqla) kompensasiya edəcəyinə, müdafiə edəcəyini və eKomi-ni qoruyacağına razılıq verir.

10.8. Bu 10-cu bölmənin vəzifə məcburiyyətləri kompensasiya edilən tərəfin hərəkətlərindən asılıdır

i. belə tələblərin kompensasiyə edən tərəfə yazılı şəkildə bildirilməsi, ii. müdafiə və digər əlaqədar hesablaşma danışıqlarında ağlabatan əməkdaşlıq göstərmək və iii. bu iddianın hesablaşması üçün məhkəmələşdirmək hüququnun tamamilə kompensasiya edən tərəfdə olacağına razılaşmaq.

11. Yekun Nəticələr

11.1. eKomi və Şirkət arasında biznes münasibətlərə dair münaqişələr dair yurisdiksiya mövqeyi üçün yer - Kaliforniya, Los Angelesdir.

11.2. Bu ÜQŞ Kaliforniya Ştatının Qanunlarına tabedir və digər yurisdiksiya qanuni nəticələrinin münaqişə/seçimlərinə bağlı deyil.

11.3. ÜQŞ-nin hər maddəsi bütün digər maddələrdən ayrıdır və əgər maddələrdən biri əsassızdırsa və ya əsassız hesab olunarsa, digər maddələr tam gücü ilə qüvvədə qalmağa davam edəcək. Əgər bir müddəa əsassızdırsa və ya əsassız hesab olunarsa, bu müddəanin yerinə ona məna və məqsəd cəhətdən ən yaxın olan əsaslı maddə ilə əvəz olunmalıdır.

11.4. Müqavilə haqqında hər-hansı bəyan və ya ləğv etmə ancaq yazılı formada qəbul edildikdə əsaslı sayılır.

11.5. eKomi bu ÜQŞ-yə edilən hər-hansı bir dəyişikliklər zamanı Şirkətə yazılı xəbərdarlıq edəcək. Şirkət tərəfindən yazılı etiraz bildirilmədikdə Şirkətin bu dəyişikliklərə razı olması qəbul olunacaq. eKomi xüsusilə həmin etiraz etmə hüququ haqqında Şirkətə məlumat verəcək. Səmərəli şəkildə etiraz etmək üçün Şirkət 2 həftə ərzində eKomi-yə yazılı formada məlumat verməlidir.