EKOMI HAQQINDA

eKomi, Rəylər Şirkəti Avropanın ən böyük və aparıcı müstəqil əməliyyət əsaslı rəy və reytinq təchizatçısıdır. 250-dən artıq işçisi, Berlin, Almaniya və Los Angeles, Kaliforniyada baş ofisləri, London, Paris, Madrid və San Fransiskoda ofisləri olan eKomi müştərilər üçün 40 milyondan artıq rəy toplayıb və dərc edib.

14,000-dən artıq şirkət eKomi-nin sosial ticarət həllindən istifadə etməklə inam yaratmaq, satışları artırmaq, geri qaytarmaları azaltmaq, öz-özünü davam etdirən İstifadəçi tərəfindən yaradılmış məzmunla üzvi traffik yaratmağa nail olmuşdur.

eKomi-nin inqilabi sosial ticarət onlayn bizneslərə satıcı reytinqləri, müştəri rəyləri, məhsul rəyləri, sosial tövsiyələr yaratmaq və saytlar, sosial şəbəkələr və axtarış sistemlərində viral effekt yaratmağa imkan verir, bu isə bizneslərin gəlirinin artmasına təsir edir.

RƏHBƏR KOMANDASI

Sektor, funksiyalar və coğrafiyalardan olan ekspertiza və təcrübəni özündə birləşdirən rəhbər komandamız müştərilərimizə ən yaxşı nəticələri təqdim etmək üçün işbirliyi, həssaslıq və keyfiyyəti təşviq edir. Bizim birgə məqsədimiz kəşf etmək, bölüşmək və paylaşmaqla böyük bizneslərlə onlayn sahədə uğur qazanmaqda kömək etməkdir.

  • MAYKL AMBROS TƏSİSÇİ VƏ & CEO

    eKomi Holding GmbH.-nin təsisçısı və CEO-su Maykl Ambros - iddialı, strateji sahibarlıq biznesi təşəbbüsçüsü və güclü liderdir. Həmişə irəli görüşlü və təsəvvürlü olan Ambros Almaniyada, Regensbuqda və Fransada, La Roşeldə Beynəlxalq Biznes təhsili zamanı SEO üzərində çalışmağa başlamışdır.

    2005-ci ildə Ambros yaxın dostu və biznes əməkdaşı Günter Şmidt ilə birlikdə özünün ilk start-up layihəsi, sonradan Almaniyanın ən geniş və uğurlu telekommunikasiya portalına çevrilən SMS Lotse-ni təsis edir. 2007-ci ildə Ambros Avropa Təsisçiləri Fondu GmbH bir çox portfolio şirkətlərindən məsul olmaq üçün işə götürülür.

    2008-ci ilin əvvəlində Ambros peformans və filial marketinqi üzrə ixtisaslaşmış ikinci şirkətini - Medici İnternet AG təsis edir. Ambros bu günə qədər də Medici İnternet AG şirkətində Direktorlar Şurasında yer alır. Bundan altı ay sonra, 2008-ci ilin yayında Amros Avropanın ən böyük və aparıcı müstəqil əməliyyət əsaslı rəy və reytinq təchizatçısı olan eKomi-ni təsis edir. Ambrosun geniş ixtisaslaşma siyahısına məhsul rəyləri, məhsul reytinqləri, mağaza reytinqləri, satıcı reytinqləri, müştəri rəyləri, sosial tövsiyələr, SEM, SEO və digərlərini daxildir. Ambros təsdiq olunmuş sosial ticarət mütəxəssi kimi tanınır və bu sahədə olan tədbirlərdə spiker kimi tez-tez çıxış edir. Ambros CeBIT, Fraunhofer İnstitutu və SME Təşəbbüsündən olan beynəlxalq innovasiya mükafatçısıdır.

    O Gənc Prezidentlər Təşkilatının (YPO) və Gənc Sahibkarlar Şurasının üzvüdür və öz vaxtını beynəlxalq formada eKomi-nin ofislərində qlobal genişlənmə, strategiya və eKomi şirkətlərinin idarə edilməsinə kömək etməklə keçirir.

  • GÜNTER ŞMİDTHƏMTƏSİSÇİ VƏ İDARƏEDİCİ DİREKTOR

    Yenilikçi, təcrübəli, sahibkar və start-up icraçısı Günter Şmidt eKomi-nin həmtəsisçisi və İdarəedici Direktorudur və burada strateji tərəfdaşlıqları genişləndirmək və yeni gəlir kanalları yaratmaqdan məsuldur. Şmidt eKomi-ni sosial ticarət texnologiyalarında indiki beynəlxalq liderlik səviyyəsinə qalxmasında böyük rol oynamışdır. eKomi-nin üzvi axtarış sistemi optimizasiyası, e-Ticarət, konversiya nisbəti analizi, statistiki analiz və filial marketinqi əhatə edən geniş internet marketinq təcrübəsinə sahib olan Şmidtin təcrübəsinə əsaslanır. Şmidt öz karyerasına SEO və internet marketinqdə sahibkarklıq fəaliyyətinə bank sahəsində çalışdığı zaman başlamışdır.

    eKomi-ni Maykl Ambrosla birlikdə təsis etməzdən əvvəl sahibkar cütlük 2008-ci ildə SEO sahəsində geniş biliklərini ilk start-up şirkətləri olan SMS Lotse-ni təsis etməkdə istifadə etdilər. 2007-ci ildə Şmidt GoMobile Media GmbH təsis edir və 2008-ci ilin əvvəlində Ambros və Şmidt ikinci ortaq işləri olan Medici İnternet AG həyata keçirirlər və o hal-hazırda da İdarəedici Direktor kimi fəaliyyət göstərir.

    2012-ci ildə Şmidt daşınmaz əmlak sahəsində daxil olur və Medici Living şirkətini təsis edir, o indi burada CEO kimi şirkətin qloballaşmasını təmin edir. Tanınmış reputasiyalı onlayn marketinq söz sahibi kimi Şmidtin ekspertizası axtarılandır və o bu sahədə müntəzəm spiker kimi çıxış edir. Şmidt həmçinin Mensa Beynəlxalq və Qlobal Sahibkarlar Təşkilatının üzvü kimi öz professional icmasının fəal üzvüdür.