PƏRAKƏNDƏ MÜŞTƏRİLƏR ÜÇÜN RƏY TƏLİMATLARI

QAYDALAR:

eKomi-də verilmiş bütün rəylər üçün aşağıdakı qaydalar tətbiq olunur:

Mənalı və yararlı rəy verməklə digər müştərilərə kömək edin. Sizin rəyiniz yoxlanılacaq və oxunacaq. Siz şirkət və ya məhsula pozitiv və ya tənqidi rəy verə bilərsiniz. Rəy prosesində pozitiv və tənqidi rəylərlə eyni cür baxılır. Xahiş edirik, satıcılar və məhsullar üçün rəylərin fərqini nəzərinizdə saxlayın. Satıcı/mağaza və onların xidmətləri haqqında rəylər mağaza rəyi daxilində, məhsul və məhsul keyfiyyəti reytinqləri isə məhsul rəyi daxilində yazılmalıdır.

Nəzakətli davranın!

Faktlara əsaslanın!

Ədalətli olun!

Sizin müştəri rəyiniz hər zaman həqiqəti əks etdirməlidir. Yalan və şər mahiyyəti daşıyan iddialar zamanı təchizatçı qanuni olaraq məhkəməyə müraciət edə bilər.

Rəy şərhlərində aşağıdakı məzmun qadağandır:

  • Ayrıseçkilik məzmunu
  • İrçi məzmun
  • Qanunla cəza nəzərdə tutulmuş və digər qanunsuz məzmun: xüsusilə təhqiredici, alçaldıcı, qanunsuz hədə-qorxu, böhtən və yalan məlumatlar
  • Azyaşlılar üçün təhlükəli məzmun
  • Zorakılığı tərənnüm edən məzmun
  • Farmakoloji məhsulların, tibbi müalicə və terapiyaların təsirliliyi və terapevtik effektinə aid bəyanatlar
  • Qiymətlər və digər xərclər barədə (məs. çatdırılma xərci) rəqəmlərlə və ya sözlə yazılmış formada məlumatlar (məs. „10 Dollar/Avro“ və ya „on Dollar/Avro“)
  • Şəxsi məlumatlar, məs. müəyyən və ya müəyyən edilə bilən real şəxslər haqqında məlumat (xüsusilə adlar, ünvanlar, IP ünvanları, hesab nömrələri, sifariş nömrələri, bank və ya hesab məlumatları, sığorta nömrələri, yaş, doğum tarixi) və əlaqə məlumatları (telefon / faks nömrələri, email ünvanları)
  • Şirkət məlumatlarından əldə edilə bilən şəxsi məlumatlar
  • Keçidlər
  • Semantik mənası olmayan məzmun (məs. mənasız rəqəmlər, hərflər, simvollar ardıcıllığı)
  • Sırf başqa rəylərə istinad edən şərhlər
  • Hərhansı mağaza/təchizatçı rəyi daxilindəki məhsullara istinad edən şərhlər
  • Məhsul rəyi daxilində mağazalar / təchizatçılara istinad edən şərhlər
  • Rəy verilən satıcı və ya rəy verilən məhsulun istehsalçısının rəqibləri və rəqiblərinin məhsullarına birbaşa və ya dolayı yolla istinadlar.

 

Şərhlərdə əsassız məzmun Müştəri Fidbek İdarə Komandası tərəfindən üç (3) ulduz simvolu (***) ilə əvəz olunur, ulduz reytinqləri isə öz yerində qalır.

eKomi mağaza/təchizatçı rəyində verilmiş məhsul rəylərini satıcı rəylərinə və əksinə keçirtmək hüququna malikdir.

eKomi mənasız və təzadlı rəyləri və ya məzmunu silmək hüququna malikdir

Lütfən ulduz reytinqinin şərhinizə uyğun gəldiyinə əmin olun ki, beləcə rəyiniz təzadlı olmasın. Beş (5) ulduz ən yüksək reytinqdir.