Sizin məxfiliyiniz eKomi üçün vacibdir. Lütfən aşağıda ABŞ Məlumat Mühafizəsi və digər müvafiq qanunlara əsasən sizin məlumatlarınızı necə toplayıb, istifadə edib, açıqlayıb, köçürüb və ehtiyat götürməyimiz haqqında məlumatları ehtiva edən Məxfilik Siyasəyinə nəzər salın.
1. Kimlik mühafizə edilən məlumat toplama və emalı
Bizim serverimiz avtomatik olaraq loq faylını qəbul edir və yadda saxlayır. Bu məlumat bizə sizin brauzeriniz vasitəsilə çatdırılır. Server aşağıdakı məlumatlardan istifadə edir:
- Brauzerinizin növü və versiyası
- Əməliyyat proqramınızın növü və versiyası
- Bizə gəlib çatdığınız saytın URL ünvanı
- Bizi tapdığınız axtarış vasitələri
- Saytımıza edilən zəngin tarixi və vaxtı
- Tərəfinizdən edilən zənglərdə adınız
- Ötürülən məlumatın həcmi
Google Analytics-dən İstifadə:
Biz Google veb analitika aləti olan Google Analytics istifadə edirik. Google Analytics "kukilər" (cookies) - kompüterinizdə yadda saxlanılmış sayt aktivliyi analizinə imkan verən mətn fayllarıdır. Kuki tərəfindən yaradılmış məlumat (sizin IP adresiniz daxil olmaqla) Google-a (ABŞ) kimlik mühafizəli formada ötürüləcək və serverdə yaddaşa yazılacaq.
2. Şərti ad altında məlumat toplanması və emalı
Bizim saytımızda qeydiyyatdan keçdikdən sonra biz yuxarıda göstərilmiş məlumatları şərti ad anketindən toplayırıq. Məlumat daxili kodla əlaqəlidir lakin adı dəyişdirilir, şərti adın real adla və digər xüsusiyyətlərlə əlaqəsi olmamaq şərtilə.
Müştərilərimizə təqdim etdiyimiz xidməti yaxşılaşdırmaq üçün xüsusi hazırlanmış reklam və marketinq kampaniyaları məqsədilə bütün profillər real məlumat toplanması əsasında, lakin şərti ad altında tərtib olunur.
İstifadə profilinin tərtib olunmasına etiraz edə bilərsiniz. Etiraz hüquqlarınız haqqında ətraflı məlumat "Geri Götürmə və Etiraz Hüququ" abzasında təsvir olunub.
Biz heç bir şəxsi məlumatın üçüncü şəxslərə ötürülməməsinə və şərti ad altında daxili məqsədlər üçün istifadəsinə zəmanət veririk.
3. eKomi və bir Şirkət arasında interfeys:
eKomi interfeys vasitəsilə Şirkətin verilənlər məlumatından PII End müştəri məlumatlarını almır. Yalnız anonim əməliyyat nömrəsi ötürüləcək. eKomi-nin rəy dəvət emaili göndərilməsi xidmətini təqdim etməsi halında lazımi şəxsi məlumat ötürüləcək və sırf bu məqsəd üçün istifadə olunacaq. Hüquqi saxlama müddətindən sonra bu məlumat silinəcək.
Məlumat mühafizəsi qanunlarına əməl edilməsinə görə Şirkət məsuliyyət daşıyır. Həmçinin, yalnız Şirkət aşağıdakılara görə məsuliyyət daşıyır
- İstifadəçilərə yaxınlaşma və Reytinq və Rəylərin verilməsinin mümkünlüyü barədə məlumat vermə tərzinə görə
- Şirkətin məhsul və/və ya xidmətlərinin reklam edilməsinin (tərzi daxil olmaqla) xüsusilə rəqabət və reklam qanunlarına əsasən hüquqi münasibliyini qiymətləndirməyə görə
- rəqabət, məlumat mühafizəsi və digər müvafiq qanunların tələblərini qiymətləndirmək və lazımi razılığı İstifadəçidən almaq.
EKOMİ YUXARIDA TƏSVİR EDİLƏN VƏZİFƏLƏRİN YERİNƏ YETİRİLMƏMƏSİ SƏBƏBİNDƏN YARANAN ZƏRƏRƏ GÖRƏ ÖHDƏLİK DAŞIMIR.
eKomi-yə ötürülən şəxsi məlumatlar yalnız və yalnız icra edilən müqavilə münasibətlərinə uyğun olmaqla fırıldaqçılığa qarşı, saxlama, şifrələmə və məlumat istifadəsi məqsədləri üçün istifadə olunacaq. Bu məlumat əlaqəsiz üçüncü şəxslərlə paylaşılmayacaq. eKomi bəyan edir və zəmanət verir ki, eKomi tərəfindən Şəxsi Məlumatların toplanması, onlara çıxış, istifadəsi, saxlanması, silinməsi və açıqlanması zamanı müvafiq məlumat mühafizə qanunlarına əsaslanan məxfilik qanunlarına əməl edilir və ediləcək.
4. Kukilər
Biz saytımızda "kukilər" (cookies) istifadə edirik. "Kukilər"dən istifadə bizə istifadəni asanlaşdırmaq və avtomatik giriş məqsədilə sizin saytımız üçün şəxsi parametrlərinizi və (mümkün olan halda) qeydiyyat məlumatlarınızın bəzi hissələrini kodlaşdırılmış formada tanımağa imkan verir.
5. Email ünvanının istifadəsi
Biz sizin email ünvanınızı təsdiq email vasitəsilə saytımızda qeydiyyat prosesini təsdiqləmək və başa çatdırmaq üçün istifadə edirik.
Yalnız və yalnız sizin razılığınızla biz sizə maraqlı gələ biləcək qəzet və digər təklikfləri göndərmək üçün email ünvanınızdan istifadə edə bilərik. Siz istədiyiniz vaxt razılığı geri götürə və bizdən email almağı dayandıra bilərsiniz. Etiraz hüquqlarınız haqqında ətraflı məlumat "Geri Götürmə və Etiraz Hüququ" abzasında təsvir olunub.
6. Məlumatlara çıxış əldə etmə, düzəliş etmək, bloklamaq və silmək hüququ
Sizin tələbinizə əsasən, biz sizin mağazanızla bağlı məzmun məlumatını ödənişsiz təmin edəcəyik. Siz bu məlumatı aşağıdakı əlaqə məlumatları vasitəsilə tələb edə bilərsiniz. Əgər qanuni tələblərimizə əməl etsəniz sizin bizdən məlumatı dəyişdirmək, bloklamaq və silməyi tələb etmək ixtiyarınız var. Lütfən aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlayın.
7. Geri Götürmə və Etiraz hüquqlarınız
İstifadə profilini tərtib etməyimizə etiraz etmək və əvvəl verdiyiniz razılığı geri götürmək ixtiyarınız var. Belə olan halda biz bu səbəbdən sizin məlumatlarınızın istifadəsini dayandıracayıq. Siz razılığınızı poçt, faks, e-mail vasitəsilə səbəb göstərmədən geri götürə bilərsiniz.
Bizə yazın:
eKomi Holding GmbH
Zimmerstr. 11
10969 Berlin
Almaniya
Bizə zəng edin: 0870 495 8995
Email göndərin: dataprotection@ekomi.co.uk
8. Razılıq bəyanatı
Bizdən qəzetlər və təkliflər almaq üçün razılıq vermisinizsə, bu bizim tərəfimizdən qeydə alınacaq və həmin razılıq siz onu geri götürmək istədiyinizi bildirənə qədər qüvvədə olacaq.